BAYRAQDAR MEDİA – İyulun 6-sı üçün Təbriz İnqilab Məhkəməsinin 2-ci bölməsinə çağırılan Güney Azərbaycan milli hərəkatının fəallarından Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Amani Nadarlı və Əlirza Səbri məhkəmə iclasının açıq keçirilməsini istəyib.
Bu haqda xəbəri “Azad İran” Telegram kanalı Abbas Lisaniyə istinadla yayıb.
Onlar “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”, “ölkənin daxili və xarici təhlükəsziliyinə xələl gətirmək məqsədilə birləşmə və sövdələşmə”, “separatçı qruplara üzv olmaq”da günahlandırılır.
Məlumata görə, onlar 2023-ci il mayın 18-də təhlükəsizlik qüvvələri tərəfindən tutulsalar da girov qarşılığında zaminə buraxılıblar.
Qeyd edilib ki, “bundan öncə Təbriz şəhər 2-ci Cinayət Məhkəməsinin 120-ci bölməsi milli fəallara qarşı ittihamları araşdırmaq səlahiyyətinin olmadığını açıqlayaraq, onların işini Təbriz İnqilab Məhkəməsinə göndərib”.