Press "Enter" to skip to content

Avtobusların hərəkət cədvəlinə dəyişiklik edildi

Diqqət! Dəyişiklik var

BAYRAQDAR MEDİA – İyulun 1-dək Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) qismən məhdudlaşdırılıb.

Bu haqda xəbəri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayıb.

Bildirilib ki, “Afiyəddin Cəlilov küçəsində 4, 10, 21, 32, 46 və 175 nömrəli müntəzəm marşrutların sxemi dəyişdirilərək avtobusların hərəkəti Xəqani Rüstəmov (Ağ şəhər) və Süleyman Vəzirov küçələri ilə təşkil edilib”.

Sürücülərin diqqətli olmaları vurğulanıb: “Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”.

Mission News Theme by Compete Themes.