Son yeniləmə: 24 İyun 2024 08:42
Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal səlahiyyət müddəti ərzində dövlət resurslarının səmərəli istifadəsi ilə bağlı işləri ilə diqqət çəkir
BAYRAQDAR MEDİA – Müasir dünyada qənaət və yaşıl gələcəyə sərmayə qoyulması əsas diqqət mərkəzindədir. Bu baxımdan Türkiyənin Anadolu Universitetidnə son illər atılan addımlar xüsusilə təqdir edilir. Buna səbəb isə rektor Prof. Dr. Fuat Erdalın rəhbərliyi ilə atılan uğurlu addımlardır.
Bu barədə eskisehir.net saytı ətraflı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Anadolu Univeristetində Açıq Təhsil İmtahanları çərçivəsində edilən tənzimləmələrlə çox sayda kağıza qənaət edilib: “Əvvəlki illərdə 155 tona çatan kağız istifadəsi iki ildə tədricən 98 tona, 2023-cü il Payız Dövrü Ara Sınaq İmtahanlarında isə 48 tona düşüb. 2023-cü ilin Payız Dövrü Ara Sınaq İmtahanda 29 ton israf edilmiş kağız isə 674 kiloqrama düşüb. İmtahan çantalarının sayında təxminən 25 faiz qənaət əldə olunduğu halda, israf edilmiş kitabçaların sayı təxminən 95 fazi azalıb”.
Məlumata əsasən, ənənəvi istehsal sistemləri ilə müqayisədə daha az enerji istehlakı sayəsində Anadolu Universiteti yaşıl gələcək üçün rekord qənaət əldə edib: “Bu qənaətlər sayəsində hər tədris semestrində təxminən 11 min ağacın kəsilməsinin, 5 tondan çox tullantı plastikin təbiətə daxil olmasının, min tonlarla CO2-nin təbiətə atılmasının qarşısı alınmışdır”.
Enerji səmərəliliyi tədqiqatları öz nəticəsini verib
Xəbərdə deyilir ki, pektor Prof. Dr. Fuat Erdalın rəhbərliyi ilə həyata keçirilən enerji səmərəliliyi tədqiqatları da mühüm nəticələr verib: “2019-2022-ci illər arasında aparılan araşdırmalar nəticəsində orta hesabla 23,25 faiz enerji qənaətinə nail olunub. Bu dövrdə hər il 2,6 milyondan çox plastik stəkan, 1,6 milyondan çox yemək dəsti, 25 mindən çox iri zibil torbası və ton kağız və plastik tullantıların təbiətə atılmasının qarşısı alınıb”.
Onlayn xidmətlərlə maliyyə və insan resurslarına qənaət
Məlumatda əlavə edilib ki, Universitet Açıq Təhsil Sistemi xidmətlərini onlayn platformaya köçürüb və əvvəllər yüksək icarə haqları verilən Açıq Təhsil Ofislərini boşaldıb: “Bununla da ofislərdəki insan resurslarının mərkəzə köçürülməsi ilə nəinki maliyyə qənaətinə nail olunub, həm də daha səmərəli iş mühiti yaradılıb.
Bəhs edilən müddətdə digər sahələrdə də atılan düşünülmüş addımlar öz bəhrəsini verib.
“Sıfır tullantı” layihəsi ilə tullantısız kampusun yaradılması
Rektor Prof. Dr. Fuat Erdal dövründə həyata keçirilən “Davamlı şəhərcik” tədbirləri çərçivəsində həyata keçirilən “Sıfır tullantı” layihəsi yeni tədris ilində həm işçi heyəti, həm də tələbələr üçün tullantısız kampusun yaradılmasına çalışır: “Daha əvvəl Anadolu Universitetinin bütün bölmələrində tətbiq olunan davamlılıq təcrübələrinə əlavə olaraq, kağız israfının qarşısını almaq üçün məcburi olmayan çap materiallarından istifadə edilməyəcək. Bu kontekstdə plakatlar, dəvətnamələr, broşürlər, bukletlər və s. bütün materialların paylanması rəqəmsal mühitlərdə həyata keçiriləcək. Digər tərəfdən, elektron sənəd sistemi ilə lazımsız kağız istifadəsi minimum səviyyəyə endirilib. Universitet 33 fərqli nöqtədə 43 açıq sahədə təkrar emal edilə bilən tullantı avadanlıqları ilə təkrar emal edilə bilən tullantıları toplayır.
450 yerdə quraşdırılmış qapalı tullantı qutuları və masaların altındakı fərdi zibil qutuları da istifadədən çıxarılıb.