Son yeniləmə: 24 İyun 2024 03:53
BAYRAQDAR MEDİA – Quzey Makedoniya parlamentinin yeni hökumətin qurulması üçün 7-ci iclası keçirilib.
Yeni Balkan xəbər verir ki, iclasda çıxış edən Türk Demokrat Partiyasının (TDP) sədri və millət vəkili müavini Dr. Beycan İlyas türkiyə partiyasının yeni çoxluqda olmasına baxmayaraq, yeni qurulan hökumətdə türk təmsilçisinin olmamasından kədərləndiyini bildirib.
O, qeyd edib ki, çoxmillətli ölkədə mühüm qərarların qəbul ediləcəyi bir vaxtda çoxluq təşkil etməyən icmalara daha çox önəm verilməlidir. Ohrid Çərçivə Sazişinin cəmiyyətə inteqrasiya və hədəflərə çatmaq üçün yaxşı əsas olduğunu bildirən B.İlyas, həmçinin deyib ki, konstitusiya dəyişikliyi ilə çoxluq təşkil edən icmaların azlıq statusuna salınması cəhdlərinin əleyhinədir. O, bu dəyişikliyin vətəndaşlar arasında ümumi həyata, bərabərlik ruhuna zidd olduğunu bildirib.
B.İlyas bildirib ki, türklərin yaşadıqları bölgələrdə ana dilində təhsil, ədalətli təmsilçilik və infrastruktur problemlərinin həlli onların prioritetləri olacaq.