Press "Enter" to skip to content

Sülh, beynəlxalq hüquq və tarixi ədalət

Fuad Nəcəfli

Son yeniləmə: 24 İyun 2024 08:41

Fuad Nəcəfli: Qərbi Azərbaycana qayıdış konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır

BAYRAQDAR MEDİA – “Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradan və bunu diktə edən dövlətdir. Müstəqil Azərbaycanın və onun qüdrətli Liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Qərbi Azərbaycana qayıdış konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır”.

Bunu “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin açılış mərasaimindəki çıxışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Nümayəndəlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, F.Nəzəfli bildirib ki, hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib: “Məhz bu səbəbdən də Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır”.

Məlumata görə, “Qərbi Azərbaycana qayıdış” festival-konqresi üçün zəngin proqram hazırlandığını diqqətə çatdıran Fuad Nəcəfli plenar və bölmə iclaslarındakı çıxışların, aparılan müzakirələrin ümumi məqsədə çatmaq üçün səmərəli olacağını bildirib. O, festival-konqresin işinə uğurlar arzulayıb, təşkilatçılara və dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.

Mission News Theme by Compete Themes.