BAYRAQDAR MEDİA – Nazirlər Kabineti xüsusi karantin rejimini növbəti dəfə uzadıb.
Bununla bağlı qurumun iyunun 24-də yaydığı Qərarda bildirilir.
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılsın”, – deyə Qərarda qeyd edilir.
Karantin rejimin uzadılması 2020-ci il fevralın 28-dən qapalı tutulan quru sərhədlərinin daha bir müddət bağlı qalacağı deməkdir.