Press "Enter" to skip to content

Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir

Emin Əmrullayev

Son yeniləmə: 24 İyun 2024 11:10

Emin Əmrullayev: Builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır

BAYRAQDAR MEDİA – “Builki festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunmasının daha bir özünəməxsusluğu var. Festivalın təşkil olunduğu bu füsunkar məkandan cəmi bir neçə kilometr məsafədə vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndləri yerləşir. Yəni builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır”.

BAYRAQDAR MEDİA xəbər verir ki, unu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin açılış mərasimindəki çıxışında deyib.

Bu mühüm tədbirin Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunmuş sanballı bir ictimai-mədəni müzakirə platforması rolu oynadığını vurğulayan elm və təhsil naziri qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Çünki bu, doğma evlərindən, ibadət yerlərindən, mədəniyyət abidələrindən məhrum edilmiş minlərlə həmvətənimizin insan hüquqları məsələsidir. Bu məqsədlə, məktəblilər arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadası davam etdiriləcək, tələbələr arasında silsilə maarifləndirmə tədbirləri, Gənc Müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumu təşkil olunacaq, Qərbi Azərbaycana həsr olunmuş elmi araşdırmaları təşviq edən qrantların verilməsi nəzərdən keçiriləcək.

Mission News Theme by Compete Themes.