Son yeniləmə: 24 İyun 2024 11:10
BAYRAQDAR MEDİA – Bolqarıstanda yeni hökumətin qurulması ilə bağlı müzakirələr iyunun 24-də başlayacaq.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, Prezident Rumen Radev mediaya açıqlamasında deyib ki, iyunun 24-də 50-ci Xalq Assambleyasında parlament qrupları ilə məsləhətləşmələrə başlayacaq.
Xəbərdə qeyd edilir ki, Prezident parlamentin ən böyük siyasi qüvvəsi olan GERB-SDS-ə hökumət qurmaq səlahiyyətini verməzdən əvvəl Konstitusiyaya uyğun olaraq məsləhətləşmələr keçirəcək: “Danışıqların ilk günündə Prezident Rumen Radev müvafiq olaraq GERB-SDS, Hüquq və Azadlıqlar Hərəkatı DPS və “Prodaljavame Promyanata-Demokratik Bolqarıstan” (PP-DB) nümayəndələri ilə görüşəcək”.