Press "Enter" to skip to content

MEK könüllü qəbulu elan edir

Mərkəzi Elmi Kitabxana

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) könüllü qəbulunu elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər müsabiqədən keçərək “MEK könüllüləri”nə qoşulmaq imkanı əldə edəcəklər. MEK intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə sahib olan 18-35 yaş arası gəncləri müsabiqəyə qoşulmağa dəvət edir”.

Qeyd edək ki, “MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri haqqında əlavə məlumatları keçiddən əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.