Press "Enter" to skip to content

Məhkum fəalın seçkilərlə bağlı müraciəti

Armita Pavir

BAYRAQDAR MEDİA – Yaxın günlərdə Təbriz həbsxanasında məhkumluq dövrünü yaşayan tələbə hərəkatı fəalı Armita Pavir İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı səs yazısı yayıb.

Bu barədə xəbəri GünAz.TV İranın insan haqları fəallarına istinadla yayıb.

Xəbərdə deyilir ki, “o, 28 iyunda İranda keçirilməsi planlaşdırılan 14-cü dövr prezident seçkilərinin nümayiş olduğunu deyib. Xanım fəal, İranda istənilən prezidentin icra edici gücünün olmadığını və yalnız diktə edilənləri həyata keçirdiyini söyləyib”.

A.Pavir prezidentliyə namizədlərə müraciət edərək bildirib ki, “siz ən yaxşı halda yalnız qanun kitabında yazılanları icra etməyə çalışacaqsınız, qanun isə çatışmazlıq və qüsurlarla doludur və siz heç vaxt onları aradan qaldıra bilməyəcəksiniz”.

Məlumata görə, o, İran həbsxanalarındakı acınacaqlı duruma da toxunub və bu həbsxanaları dünyanın sonu adlandırıb.

Qeyd edək ki, 2023-ci il sentyabrın 21-i “rəhbəri təhqir etmək və hökumətə qarşı təbliğat” ittihamı ilə A.Pavir 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Mission News Theme by Compete Themes.