Press "Enter" to skip to content

Kitab tanıtma: “Qarabağ tarixi əski çap kitablarında”

Qarabağ tarixi əski çap kitablarında

Son yeniləmə: 24 İyun 2024 12:12

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) müxtəlif mövzularda olan kitablardan biri də tarix üzrə elmlər doktoru, Prof. Tahirə Həsənzadənin tərtibçisi olduğu “Qarabağ tarixi əski çap kitablarında” izahlı kataloqudur.

Nəşr AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 19 yanvar 2024-cü il tarixli iclasının 1 saylı qərarı ilə çap edilib.

İzahlı kataloqa Qarabağ tarixini əks etdirən 70-dən artıq əsərin (azərbaycan, türk, rus, fars dillərində) biblioqrafik təsviri və tematik tədqiqat nəticəsində müəyyənləşdirilmiş müvafiq parçaları (Qarabağ tarixi ilə bağlı) daxil edilib.

Bildirək ki, kataloq Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibəti ilə hazırlanıb.

Qeyd edək ki, nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru tarix üzrə fəlsəfə doktoru, Dos. Cavid Cəfərovdur.

Mission News Theme by Compete Themes.