BAYRAQDAR MEDİA – Güney Azərbaycan milli hərəkatının fəallarından olan boksçu Kərim İsmayılzadə iyunun 23-də ağır mədə qanaxması səbəbindən nəhayət ki, Təbrizin mərkəzi zindanından xəstəxanaya aparılıb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilib ki, “iyunun 23-ü gecədən səhərə kimi milli fəalın mədə qanaxması, ishal, qusma keçirməsinə, o cümlədən həbsxana həkiminin Kərim İsmayılzadənin müalicəsi üçün lazımi avadanlıqların olmamasını bildirməsinə baxmayaraq, güneyli məhbusa diqqət yetirilməyib”.
Vurğulanıb ki, “həbsxananın rəisi milli fəalın xəstəxanaya göndərilməsinə qarşı çıxıb. K.İsmayılzadənin hər an komaya düşmə ehtimalı var”.