Son yeniləmə: 24 İyun 2024 08:42
BAYRAQDAR MEDİA – İyunun 23-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
DİM-in məlumatına görə, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar: “Nəticələr həmçinin iyunun 24-də gün ərzində DİM-in saytına yerləşdiriləcək. İmtahanda 43 nəfər iştirak edib. 19 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 13 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 6 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib”.
Məlumata əsasən, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 24, 25 və 27 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108) fəaliyyət göstərəcək.