Son yeniləmə: 24 İyun 2024 11:09
BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “İRƏLİ” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, görüş “MədəniyyətimİZ” proqramı çərçivəsində reallaşıb: “Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” proqramının koordinatoru Riad Cəbrayılov proqram çərçivəsində həyata keçirilən mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin əhəmiyyətindən bəhs edib. Müasir bəstəkarlıq ənənələrinin yaşadılması və inkişafında gənc bəstəkar Pikə Axundovanın özünəməxsus üslubundan, onun dillər əzbərinə çevrimiş nəğmələrindən və irihəcmli musiqi əsərlərindən danışılıb”.
Məlumata görə, daha sonra bəstəkar Pikə Axundova həyat və yaradıcılığı ilə bağlı geniş təqdimatla çıxış edib: “Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində müasir bəstəkarlıq ənənələrinin təbliği, gənc bəstəkarların yaradıcı fəaliyyətindən söhbət açıb. Tədbir panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb”.
Görüşün bədii Pikə Axundovanın ifasında “Salam, Şuşa”, Tokkata” və müğənni Zabitə Əliyevanın ifasında bəstəkarın “Qəlbimin səsi” nəğməsi təqdim edilib.