Son yeniləmə: 24 İyun 2024 03:54
BAYRAQDAR MEDİA – Yerli seçkilərdə gözlədiyi nəticəni ala bilməyən AK Partidə dəyişiklik prosesi başlayıb. Cümhurbaşqanı Recep Tayyip Erdoğanın göstərişi ilə AK Parti rəhbərliyinin başlatdığı dəyişiklik prosesinin qurultayda tamamlanması hədəflənir.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “AK Parti rəhbərliyi qurultaya qədər təşkilatlarda yenilənmə prosesini tamamlamağı hədəfləyərkən, istefa verəcək il və mahal başçılarının yerinə təyin olunacaq adlar üçün ətraflı araşdırma aparır. Eskişehirdə, xüsusilə iki mərkəzi rayonda seçkilərdən istənilən nəticənin alınmadığı rayonlarda rayon təşkilatı rəhbərlərinin istefa verməyə məcbur ediləcəyi bildirilir.”
O da vurğulanır ki, AK Parti Tepebaşı İlçe Başqanı Emre Aydın və Odunpazarı İlçe Başqanı Ümit Sezer seçkilərdən dərhal sonra vəzifələrindən istefa veriblər: “Tepebaşı İlçe Başkanlığı üçün Mustafa Birsen, Odunpazarı İlçe Başkanlığı üçün isə Atakan Tetikin adı çəkilir”.