BAYRAQDAR MEDİA – Türkiyə Statistika Təşkilatı (TÜİK) Milli Təhsil Statistikası 2023-ə dair məlumatları açıqlayıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, buna uyğun olaraq Eskişehirdə savadsız, oxuyub yaza bilən, lakin məktəbi bitirməyən, ibtidai, orta məktəb, lisey və universiteti bitirən şəxslərin sayı müəyyən edilib.
Belə ki, şəhərdə savadsızların ümumi sayı 11 min 973 nəfərdir: “Savadsız əhalinin 2217 nəfəri kişi, 9756 nəfəri isə qadındır. Savadlı, lakin heç bir məktəbi bitirməmiş şəxslərin ümumi sayı 54 min 731 nəfərdir.
Bu rəqəmlərin 30 min 108-i qadın, 24 min 623-ü isə kişi olub”