Press "Enter" to skip to content

Qazaxıstan nümayəndə heyəti Müdafiə Nazirliyində

Qonaqlarla görüş

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan qardaş Qazaxıstan Silahlı Qüvvələri Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “əvvəlcə Ümummilli Lider Heydər Əliyevin idarənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb. Keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Qazaxıstan nümayəndə heyəti hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnikaya, həmçinin avtomobil parkına baxış keçirdikdən sonra bölmələrin nümayiş məşğələsini izləyib.

Mission News Theme by Compete Themes.