Cozep Borel növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirib
BAYRAQDAR MEDİA – Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirib.
Bu barədə Qərbi Azərbaycan İcmasının bıyanatımda qeyd olunub.
Bildirilib ki, “C.Borell Avropa Parlamentinin deputatlarının sorğusunu cavablandırarkən, Azərbaycanda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş bir qrup əli Azərbaycan xalqının qanına batmış separatçının azad edilməsini tələb edərək, məhkəmənin işinə müdaxilə etməyə cəhd etmişdir. Bundan əlavə, AB nümayəndəsi Azərbaycanın reinteqrasya təklifini rədd edərək, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir kəlmə də olsun danışmamışdır.Bütün bunlar Cozep Borellin qərəzini və ikili standartını nümayiş etdirir. Belə yanaşma Azərbaycan ictimaiyyətində Avropa İttifaqının imicinə ciddi xələl vurur”.
“Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə, sülh prosesinə mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını dəstəkləməyə çağırır” deyə bəyanatda sonda bildirilir.