Son yeniləmə: 21 İyun 2024 06:40
BAYRAQDAR MEDİA – Kommunikasiya eksperti və jurnalist Ferhat Murat köşə yazısında Milliyyətçi Hərəkat Partiyasına qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, Ferhat Murat “Normallaşma dövrü başladı” başlıqlı köşə yazısında Milliyyətçi Hərəkat Partiyasına qarşı əməliyyat keçirildiyini açıqlayıb. Ferhat Murat MHP-ni Cümhur İttifakından ayırmaq cəhdinin olduğunu xatırladıb: “MHP hər gün ekranlarda, platformalarda mühakimə olunur. Sinan Ateşin qətli ilə bağlı məhkəmə qurulmamışdan əvvəl ekranlarda və kürsülərdə məhkəmələr qurulub və hökmlər verilib”.
Ferhat Murat bəzi partiyaların Sinan Ateşin həyat yoldaşı Ayşe Ateşə parlamentdə yer təklif etdiyini bildirib.
O da vurğulanıb ki, Milliyyətçi Hərəkat Partiyasında Sinan Ateş məsələsi ilə bağlı böyük hazırlıqlar gedir: “MHP-ni bu işlə bağlı ittiham edən hər kəs, əlində hər hansı sübut varsa, məhkəməyə dəvət olunacaq. Onlara qarşı böhtan və təhqir işləri açılacaq. Sinan Ateş məsələsində müxalifətin yanaşması siyasi qazanc əldə etməyə yönəlib və səmimi deyil”.