BAYRAQDAR MEDİA – İyunun 21-də İranın təhlükəsizlik qüvvələri jurnalist Hadi Kəsayizadəni saxlayıb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı İranda insan haqları təşkilatına istinadla yayıb.
Xəbərdə deyilir ki, “Hadi Kəsayizadənin hara aparılması və ona qarşı irəli sürülən ittihamlar bəlli deyil”.
Bildirilib ki, “jurnalistə 2022-ci ili etiraz aksiyalarında gənc qız Nika Şakərəminin repressiv qüvvələr tərəfindən öldürülməsi ilə bağlı paylaşımlar etdiyi üçün ötən ay Tehran Prokurorluğunda cinayət işi açılıb. O, “yalan məlumatlar paylaşmaq”da günahlandırılıb. Ona Tehran Cinayət Məhkəməsi tərəfindən üç ay həbs cəzası verilib”.