BAYRAQDAR MEDİA – İyunun 20-də BMT-nin baş katibi Antonio Quterreş İranda edamların sayının artması ilə bağlı narahatlığını dilə gətirib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Baş katib bildirib ki, “2023-cü ildə İranda ən azı 834 nəfər dar ağacından asılıb”.
O, vurğulayıb ki, “2022-ci illə müqayisədə ötən il edam göstəricilərində 43 faiz artım var”.
Məlumata görə, BMT İnsan Haqları Şurasının hazırladığı hesabat 2023-cü il avqustun 1-dən 2024-cü il martın 31-dək olan dövrü əhatə edir.
Bildirilir ki, 2022-ci ildə İranda edam sayının ən azı 582 olduğu təxmin olunub.
Antonio Quterreşin sözlərinə görə, 2023-cü ildə edamların ümumi sayından ən azı 471 edam cəzası narkotiklə əlaqəli cinayətlərlə bağlıdır. Bu rəqəm 2022-ci ildə narkotiklərlə bağlı olduğu bildirilən 256 edamla müqayisədə 84 faiz artım deməkdir.