BAYRAQDAR MEDİA – Güney Azərbaycanda tarixi abidələrin baxımsız qalması onların məhv olması barədə narahatlıqları artırıb.
Bu barədə xəbəri GünAz.TV sosial media paylaşımlarına istinadla yayıb.
Xəbərdə deyilir ki, ““Ağdağ” tarixi məkanı, Tikantəpənin “Yolğun ağac” kəndinin tarixi hamamı,“Bərəsur” qalası, Şot nahiyəsinin “Babur” qalası taleyin ümidinə buraxılıb.
“Sözügedən abidələrin qorunması ilə bağlı edilən müraciətlər cavabsız qalıb. Həmin abidələr 2022-ci ilin yanvarında milli əsərlər siyahısına salınsa da saxlanılmaları üçün vəsait ayrılmayıb”.
Vurğulanıb ki, “Güney Azərbaycanda mövcud olan minlərlə tarixi abidə, maddi və qeyri-maddi əsər və təbiət abidələrinin 1 min 700-dən çoxu milli əsərlər siyahısına salınıb və bu, İranda qeydiyyata alınan əsərlərin 5 faizinə bərabərdir”.