Son yeniləmə: 25 İyun 2024 14:34
BAYRAQDAR MEDİA – İranı idarə edən rejim Güney Azərbaycanın Germi şəhərindən olan tanınmış milli fəal İrəc Paşapuru həbs edərək naməlum yerə aparıb.
Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.
Xəbərdə deyilir ki, “media fəalı Güney Azərbaycanda iqtisadi, mədəni, sosial, siyasi, ekologiya və insan haqları məsələləri sahəsində mediada fəallıq göstərib və buna görə də tanınmış simadır. Onun həmin fəaliyyətləri ilə bağlı tutulduğu güman edilir”.