BAYRAQDAR MEDİA – ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.
Bu haqda xəbəri ABŞ Dövlət Departamentinin sözçüsü Mətyü Miller özünün sosial media hesabında paylaşıb.
Xəbərdə bildirilir ki, Dövlət katibi İlham Əliyevə ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh prosesinə dəstəyini ifadə edib. Eyni zamanda iqlim və enerji məsələləri də daxil olmaqla ikitərəfli əlaqələr müzakirə olunub.
M.Miller qeyd edib ki, ABŞ Dövlət katibi Azərbaycan Prezidentini ədalətsiz şəkildə həbs edilən hər kəsi təcili azadlığa buraxmağa çağırıb.
Redaksiyadan: Əlbəttə, ABŞ rəsmisi Azərbaycanla ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edə bilər. Azərbaycan da buna həmişə açıq və hazır olub. Amma istənilən ölkənin, o cümlədən ABŞ-nin kimlərinsə “ədalətsiz şəkildə” həbs edilməsi iddiasına söykənərək çağırış etməsi etik deyil. Bir ölkənin hüquq və ədliyyə sistemi onun daxili işidir və hər hansı başqa bir dövlət bu məsələyə burun soxmamalıdır. Lakin göründüyü kimi, ABŞ hələ də bu vərdişindən əl çəkməyə meylli deyil…