Press "Enter" to skip to content

129 Azərbaycan vətəndaşı Macarıstanda təqaüdlə təhsil alacaq

EATDA

BAYRAQDAR MEDİA – 129 Azərbaycan vətəndaşı 2024-2025-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə qeyd edilir ki, “qəbul prosesi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilib. Macarıstan tərəfindən verilən yekun qərarın nəticəsinə əsasən sözügedən Memorandum çərçivəsində 129 nəfərdən 11 nəfər doktorantura, 103 nəfər magistratura, 15 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təhsil və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar”.

Təqaüdə layiq görülən tələbələr əsasən Eötvös Loránd University, Budapest University of Technology and Economics, Budapest Business University, Óbuda University, University of Debrecen və digər ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər.

Mission News Theme by Compete Themes.