Press "Enter" to skip to content

Zindandakı fəal aclıq etdi, klinikaya yerləşdirildi

Tahir Nəqəvi

BAYRAQDAR MEDİA – 4 aydan çox müddətdə Tehranın Evin həbsxanasında saxlanılan Güney Azərbaycanlı milli fəal, vəkil Tahir Nəqəvinin iyun ayının 13-dən başladığı aclıq aksiyasına görə səhhəti pisləşib və sözügedən zindanın klinikasına yerləşdirilib.

Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi insan haqları müdafiəçilərinə istinadla yayıb.

Xəbərdə deyilir ki, “təhlükəsizlik məmurlarına və məhkəmənin qanunsuz əməllərinə etiraz edən vəkil aclıq aksiyasına başlayıb. Buna görə həbsxana nəzarətçiləri Tahir Nəqəvini döyüb və təkadamlıq kameraya salıb. Bundan sonra isə fəalın sağlıq durumu pisləşib”.

Bildirilib ki, “hüquqşünasın yaxınlarının müraciətlərinə baxmayaraq, onun ittihamı və hazırkı durumu barədə açıqlama verilmir”.

Qeyd edək ki, bir müddət əvvəl qeyri-müəyyən vəziyyətdə Tehranın Evin həbsxanasında saxlanılan bir qrup fəal da aclıq aksiyasına başlayıb.

Zindandakı fəallar aclıq aksiyasına başladı

Mission News Theme by Compete Themes.