Press "Enter" to skip to content

Zərdabda vətəndaş qəbulu keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 20 İyun 2024 09:36

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 20-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iyunun 27-də, saat 10:00-da Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək”.

Məlumatda deyilir ki, vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-486-88-96) zəng etməklə qeydiyyatdan keçə bilərlər: “Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər”.

Mission News Theme by Compete Themes.