Press "Enter" to skip to content

Xankəndi – Şuşa – Laçın yolu tikilir – VİDEO

Xankəndi - Şuşa - Laçın yolu

BAYRAQDAR MEDİA – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xankəndi – Şuşa – Laçın avtomobil yolunun tikintisini, eləcə də işğaldan azad edilmiş digər ərazilərdə yol infrastrukturu layihələrinin icrasını uğurla davam etdirir.

Bu haqda sözügedən Agentliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir”.

“Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxtəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1 min 100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir. Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir”.

Vurğulanıb ki, “inşaat işləri “İnşaat Norma və Qaydaları”na uyğun, AAYDA rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır”.

Məlumata görə, tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Qeyd edək ki, Xankəndi – Şuşa – Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Mission News Theme by Compete Themes.