Son yeniləmə: 20 İyun 2024 15:10
Dr. Yücel Karauz: Əgər geciksək, sonra bütün türk dünyası təhlükə altında qala bilər
BAYRAQDAR MEDİA – “İllərdi söylədiyimiz kimi dünya sürətlə Üçüncü Dünya müharibəsinə doğru gedir. Son vaxtlar baş verən bütün proseslər, xüsusilə hərbi sahədəki hadisələr də Üçüncü Dünya müharibəsinin tez bir zamanda olacağını şübhə yeri qoymur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
O, bildirib ki, Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin müharibəsi, Balkanlarda baş verən gərginliklər, Çinlə Tayvan arasındakı münasibətlərin ən kritik nöqtəyə çatması və digər bu kimi olaylar da deyilənləri təsdiqləyir: “Biz bura Serbiya prezidentinin Batı ilə Rusiya arasında qanlı toqquşmanın olacağına dair son açıqlamasını da əlavə etsək, artıq Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğu reallığının, belə deyək, Avropanın əksər ölkələri tərəfindən də qəbul olunduğunu söyləyə bilərik. Hesab edirəm ki, Vladimir Putinin Quzey Koreyaya son səfəri çərçivəsində 2 ölkə arasında hərbi sahədə əldə edilən razılaşmalar da bəşəriyyəti Üçüncü Dünya müharibəsinə bir addım daha yaxınlaşdırır”.
Türkiyəli general qeyd edib ki, bütün bunlar Üçüncü Dünya müharibəsinin qapımızda olduğunu işarə edir: “Yəni qapımızda olduğu deyəndə onu nəzərdə tuturuq ki, Üçüncü Dünya müharibəsi başlayacaqsa bu türk dünyasına da təsrisiz ötüşməyəcək. Çünki zəngin təbii qaz və neft yataqlaırna sahib, strateji coğrafiyada yerləşən türk dünyası Batının imperialist dairələrinin, o cümlədən digər güclərin qaranlıq maraq dairəsindədir. Mühairbə başlayarsa həmin güclər türk dünyasını öz nəzarəti altna almaq üçün hərəkətə keçəcəklər. Biz də bu zaman özümüzü qorumağa hazır olmalıyıq. Buna görə də Türk Dövlətləri Təşkilatı daxilindəki bütün ölkələr arasında öncə ikitərəfli hərbi-siyasi saziş imzalanmalıdır”.
Vurğulanıb ki, bunun nümunəsi artıq var: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən Şuşa Bəyyannaməsi qardaş ölkələri müttəfiq ölkələrə çevirib. Hesab edirəm ki, oxşar müqavilələr Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələr arasında imzalanmalı, sonra isə bu çoxtərəfli sazişə çevrilməlidir. Bu, əslində, təklif edilən “türk NATO-su”nun yaranması ilə nəticələnə bilər. Lakin biz gecikməməli, artıq sözdən işə keçməliyik. Çünki artıq itiriləcək bir dəqiqəmiz belə yoxdur. Əgər geciksək, sonra bütün türk dünyası təhlükə altında qala bilər”.
Müsahibimiz qeyd edib ki, “biz bu addımı atsaq Batı nə deyər, hansı ölkə nə deyər” kimi sualları da bir kənara qoymalıyıq: “Biz özümüzün müdafiəsini və təhlüksizliyini təmin etməliyik. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu atəşin türk dünyası ailəsinə də sıçramaması üçün önləyici tədbirlər görülməldir. Bu tədbirlərin başında da təhlükəsizliyimizin vahid formada təmini dayanır. Buna görə də TDT-nin sammitində ən azı vaihd konsepsiya qəbul edilməli və bu konsepsiyann tez bir zamanda reallaşması üçün konkret tapşırıqlar verilməldir. İtirməyə zamanımız yoxdur”.