Son yeniləmə: 20 İyun 2024 11:44
Prezident “Kütləvi informasiya vasitələri haqqında” Qazaxıstan Respublikasının yeni qanununu imzalayıb
BAYRAQDAR MEDİA – Qazaxıstanda media ilə bağlı yanaşma dəyişir. Belə ki, Prezident Qasım-Jomart Toqayev “Kütləvi informasiya vasitələri haqqında” Qazaxıstan Respublikasının yeni qanununu imzalayıb.
Bu barədə Kazinform məlumat yayıb.
Məlumata görə, Qanun dövlət başçısının 16 mart 2022-ci il tarixli “Yeni Qazaxıstan: yeniləşmə və modernləşmə yolu” haqqında Qazaxıstan xalqına müraciəti çərçivəsində hazırlanmışdır. Agentlik Akordaya istinadən xəbər verir ki, qanun dövlət maraqlarını, cəmiyyətin ehtiyaclarını və media sahəsindəki inkişaf meyllərini nəzərə alaraq hazırlanıb.
Yeni Qanuna artıq qüvvədən düşmüş “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunların əsas müddəaları daxildir.
Məlumata əsaəsn, Qanunda bir sıra yeni müddəalar var.
Eyni zamanda, təkcə kütləvi informasiya vasitələrini deyil, internet resurslarını da əhatə edən yeni, daha geniş “KİV” anlayışı tətbiq edilmişdir.