BAYRAQDAR MEDİA – İyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının son mərhələsi təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. İştirakçılar Bakı, Sumqayıt, Naxçıvan, İsmayıllı və digər bölgələrdən qatılıblar. Naxçıvan Dövlət Universitetində (NDU) təşkil olunan finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim edilib”.
Olimpiadada 18 qalib (3 nəfər I, 6 nəfər II, 9 nəfər III yer) seçiləcək. Qaliblərin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.