Press "Enter" to skip to content

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının finalı

Qərbi Azərbaycana qayıdış

BAYRAQDAR MEDİA – İyunun 20-də ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdikləri “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Olimpiadanın final mərhələsi Naxçıvanda keçiriləcək. Finalda olimpiadanın ikinci mərhələsində ən yüksək nəticə göstərmiş 36 şagird bilik və bacarığını sınayacaq. Naxçıvan Dövlət Universitetində (NDU) təşkil olunacaq finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim ediləcək. “Qərbi Azərbaycana qayıdış” olimpiadası qaliblərinin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək”.

Qeyd edək ki, olimpiada ETN, Naxçıvan Təhsil Nazirliyi (NTN), Təhsil İnstitutu (Tİ), Qərbi Azərbaycan İcması (QAİ) və NDU-nun tərəfdaşlığı ilə keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Mission News Theme by Compete Themes.