Son yeniləmə: 20 İyun 2024 17:15
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı müsabiqədə iştirak etmək istəyən media nümayəndələri üçün
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Şurası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı araşdırma müsabiqəsi keçirir. Müsabiqəyə hazırlıq çərçivəsində planlaşdırılan maarifləndirici sessiya iyunun 21-də saat 10:00-dan 13:00-dək Azərbaycan Dəmiryol Muzeyində keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 20-də təşkilatçılardan məlumat verilib.
Bildirilib ki, “maarifləndirici sessiyada sahəvi mentor və mütəxəssislər tərəfindən Azərbaycan nəqliyyat sektorunda ESG prinsipləri, Azərbaycan dəmir yollarının inkişaf trendləri, COP29 öncəsi dayanıqlı inkişaf modelini seçən ölkəmizdə iqlim təşəbbüsləri və digər mövzular ətrafında təlim təşkil olunacaq. Sessiyanın keçirilməsində məqsəd KİV nümayəndələrinin sözügedən mövzular üzrə bilik və bacarıqlarının artırılması, məzmunca daha keyfiyyətli materialların hazırlanmasına dəstək göstərməkdir”.
Məlumatda həmçinin “müsabiqəyə qatılmaq istəyən jurnalistlərdən qeyd edilən vaxtda sessiyaya qoşulmaları xahiş olunur. Ünvan: “28 May” metrostansiyasının yaxınlığı, Sabunçu Vağzalının tarixi binası. Əlaqə nömrəsi: +99455 217 09 85 (SənubərNəzərova)” deyə qeyd edilib.