Son yeniləmə: 20 İyun 2024 08:51
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan kitablardan biri də araşdırmaçı, yazar, şair Erşat Hürmüzlünün “Irak`ta Türkmen Gerçeği” kitabıdır.
Kitabın arxa qabığında qeyd olunur: “Bu kitab iki məqamı vurğulayır. Birincisi, bəzi kəsimlərin inkar etməyə çalışdığı türkmən həqiqətinin ortaya çıxarılması və yüzillərdən bəri İraqda yaşayan türkmənlərin öz vətənlərində azad və ləyaqətli bir şəkildə yaşamaq istəyini bəyan etməkdir. İkincisi, çoxmillətli bir ölkədə yaşamağın zəiflikdən daha çox güc mənbəyi olduğunun açıqlanması və azad, demokratik, plüralist və parlamentli bir vətən üçün bu istiqamətdə bütün yaxşı səylərin birləşməsi zərurətidir. Ümid edirik ki, bu əsər İraq türkmənlərinin tanıdılması və onların illərdir çəkdikləri acıların bir daha yaşanmaması üçün atılacaq addımların dəstəklənməsi üçün töhfə olacaq”.
Nəşrdə “Türkmen Kimliği”, “Irak’ta Türkmen Bölgeleri”, “1924 Yılı Kerkük Katliamı Ve Kerkük’te Yaratılan dehşet”, “Irak’ın Demografik Yapısında Türkmenler”, “Türkmenlerin Eğitim Mücadelesi” və digər başlıqlarda yazılara yer verilib.