Son yeniləmə: 20 İyun 2024 12:04
Kanadanın İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edəcəyi iddia edilib
BAYRAQDAR MEDİA – Kanadanın İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edəcəyi iddia edilib.
Kanada mətbuatında yer alan xəbərlərdə Kanada hökumətinin İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmağa hazırlaşdığı və açıqlamanın bu həftə verilməsinin gözlənildiyi iddia edilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumatda deyilri: “Müxalifət uzun müddətdir ki, İran İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınmasını tələb etsə də, Kanadanın baş naziri Castin Trüdo hökuməti bu addımı rədd edərək, bunun arzuolunmaz nəticələrə səbəb ola biləcəyini bəyan edib. 2012-ci ildə İranla diplomatik əlaqələri kəsən Kanada İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrini terror təşkilatı elan edib. Kanada qanunlarına görə, terror təşkilatı siyahısında olan təşkilatlara yardım edən hər kəs ittihamlarla üzləşə və aktivləri dondurula bilər”.