Press "Enter" to skip to content

Həbs olunan üç milli fəalın kimliyi bilindi

Zindan

BAYRAQDAR MEDİA – “Hakimiyyət əleyhinə təbliğat” və “qanunsuz qruplara üzv olmaq” ittihamları ilə Tehranda həbs olunan üç milli fəalın kimliyi müəyyən olunub.

Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı Abbas Lisaniyə istinadla yayıb.

Xəbərdə deyilir ki, “may ayının ikinci yarısında Güney Azərbaycan milli hərəkatının fəalları Məhəmməd Əbdi İskanlı, Hüseyn Bərmah və Ümid Şahi saxlanılıb”.

Vurğulanıb ki, Ümid Şahi bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

İyunun 19-da Məhəmməd Əbdi İskanlı və Hüseyn Bərmah isə Evin həbsxanasının 4-cü bölməsinə köçürülüb.

Mission News Theme by Compete Themes.