Son yeniləmə: 20 İyun 2024 11:40
BAYRAQDAR MEDİA – GERB lideri Boyko Borisov Bolqarıstan parlamentində səslənən fikirlərə münasibət bildirərkən deyib: “Siyasi partiyaların bəyanatlarını diqqətlə dinlədim. Heç kim ibrət dərsi almayıb”.
Radio Bolqarıstan xəbər verir ki, onu sözlərinə görə, məsuliyyəti üzərinə götürəck partiyalar yoxdur: “Sadəcə DPS ilə böyük format olmadan koalisiya qura bilmərik. Daha çox partiya ilə ortaq məsuliyyətli hökumət qurmaq üçün bir yol var”.
O, danışıqlar qrupunun “Veliçi”nin lideri Nikolay Markovla görüşəcəyini bildirib.