Son yeniləmə: 20 İyun 2024 10:18
Qurumun liderləri yüksək vəzifələrə təyin olunacaq adlarla bağlı razılığa gələ bilməyiblər
BAYRAQDAR MEDİA – Avropa Şurasının sədri Şarl Mişel bəyan edib ki, Brüsseldə keçirilən qeyri-rəsmi toplantıda AB-yə üzv ölkələrin dövlət və ya hökumət başçıları İttifaqın ən yüksək vəzifəli şəxslərinin seçilməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Məlumata əsasən, Ş.Mişelin açıqlamasında deyilir: “Görüş seçkilərin nəticələri ilə bağlı fikir mübadiləsi aparmaq və gələn həftə Brüsseldə keçiriləcək Avropa Şurasının rəsmi iclasına hazırlıq üçün yaxşı fürsət idi”.
Ş.Mişel görüşün düzgün istiqamətdə getdiyini, lakin razılığın əldə olunmadığını bildirib. O, görüşdə siyasi partiyaların AB-də yüksək səviyyəli mövqelərə öz təkliflərini təqdim etdiyini və bunlar əsasında razılığın əldə olunması üçün səy göstəriləcəyini bildirib.