Press "Enter" to skip to content

Zindandakı fəallar aclıq aksiyasına başladı

Onlar etiraz edirlər

BAYRAQDAR MEDİA – 4 aydan çox müddətdə Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılan bir neçə azərbaycanlı milli fəal aclıq aksiyasına başlayıb.

Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.

Bildirilib ki, “Tahir Nəqəvi və Hüseyn Pirinin də olduğu 3 nəfərlik məhbus qrupu qeyri-müəyyən şəraitdə saxlanılmasına, ETTELAAT əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb”.

Məlumata görə, məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini tələb edir. İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi halda başqa milli məhbusların da aclıq aksiyasına başlayacaqları gözlənilir.

Mission News Theme by Compete Themes.