Press "Enter" to skip to content

Yaponiya da maraqlıdır

Görüşdən xatirə fotosu

Son yeniləmə: 14 İyun 2024 10:07

“ASAN xidmət” təcrübəsinin öyrənilməsində

BAYRAQDAR MEDİA – İyunun 13- Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 14-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “qonağı salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb”.

Məlumata görə, görüş zamanı Dövlət Agentliyinin “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyi vurğulanıb: “Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri (BMT) Mükafatına, 2019-cu ildə isə BMT-nin innovativ həllərin tətbiqi vasitəsilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib. Tərəflər Dövlət Agentliyi ilə Yaponiyanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Səfir “ASAN xidmət”də dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaşlar üçün yaradılmış şəraiti təqdirəlayiq hesab edərək ölkəmizin müvafiq təcrübəsinin Yaponiyada öyrənilməsində maraqlı olduğunu bildirib. Həmçinin qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub”.

Mission News Theme by Compete Themes.