BAYRAQDAR MEDİA – İyunun 14-ü ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.
Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “bu gün ölkə üzrə 102 min 120 nəfər XI sinfi, 150 min 445 nəfər IX sinfi, 137 min 862 nəfər isə birinci sinfi bitirir. 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 min 569 uşaq təhsil alıb”.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 706 min 935 nəfər təşkil edib.