Press "Enter" to skip to content

Sənəd qəbulunun müddəti uzadılıb

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – 2024-2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək. Qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində baxılacaq”.

Mission News Theme by Compete Themes.