Press "Enter" to skip to content

Səfir səhiyyə sazişinin yenilənməsini istəyib

Görüş zamanı

Son yeniləmə: 14 İyun 2024 08:21

BAYRAQDAR MEDİA – Qırğızıstanın Ankaradakı səfiri Ruslan Kazakbayev Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serimi ziyarət edib.

Bu barədə Kırım Haber Ajansı məlumat verib.

Bildirilib ki, “görüşdə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq müzakirə edilərkən, iki ölkənin 2024-cü ildə birlikdə atacağı addımlar müzakirə edilib. Qırğızıstan və Türkiyə vətəndaşlarının iki ölkədə qarşılıqlı səfərləri və yerləşdirilməsi görüşün əsas mövzularından biri olub”.

Məlumataq görə, konsulluq məsləhətləşmələrinin aparılması barədə razılıq əldə olunub: “Digər tərəfdən, səfir Ruslan Kazakbaev 150 Qırğızıstan vətəndaşının Türkiyədə pulsuz sağlamlıq xidmətlərindən yararlanmasına imkan verən layihənin yenidən canlandırılması və sözügedən sayın 500-ə çatdırılması istəyini dilə gətirib”.

Mission News Theme by Compete Themes.