BAYRAQDAR MEDİA – 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) bakalavriat səviyyəsində 76 ixtisas üzrə 5 min 700 tələbənin qəbulu proqnozlaşdırılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “növbəti tədris ilində bakalavriatura səviyyəsində əyani təhsilalma forması üzrə 5 min 465, qiyabi təhsilalma forması üzrə 235 yer olmaqla Azərbaycan bölməsi üzrə 4 min 405, rus bölməsi üzrə 705, ingilis bölməsi üzrə isə 590 plan yeri nəzərdə tutulub. 2024/2025-ci tədris ilində magistratura səviyyəsi üzrə BDU-ya 50 ixtisas, 249 ixtisaslaşma üzrə 1 min 436 magistrantın qəbulu proqnozlaşdırılır. Növbəti tədris ilində magistratura səviyyəsində Azərbaycan bölməsi üzrə 1 min 055, rus bölməsi üzrə 202, ingilis bölməsi üzrə isə 151 plan yeri nəzərdə tutulub”.