Son yeniləmə: 14 İyun 2024 14:10
BAYRAQDAR MEDİA – Türkmənistanın xarici işlər naziri Rəşid Meredov BMT-nin Uşaq Fondunun (UNICEF) Türkmənistandakı nümayəndəliyinin yeni rəhbəri Jalpa Ratna ilə görüşüb.
Bu barədə orient.tm məlumat yayıb.
Bildirilib ki, “UNİCEF-in Türkmənistandakı nümayəndəsi vəzifəsinə təyin olunması münasibətilə qonağı təbrik edən R.Meredov diplomata missiyasında uğurlar və yeni nailiyyətlər arzulayıb. Tərəflər əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər. Həmçinin Türkmənistan ilə BMT-nin Uşaq Fondu arasında əlaqələrin inkişafı üçün prioritet istiqamətləri və perspektivləri müzakirə ediblər”.
Məlumata görə, UNİCEF-in Türkmənistandakı nümayəndəliyinin rəhbəri səmərəli tərəfdaşlığın daha da inkişaf etdirilməsi və əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi üçün hər cür səy göstərməyə hazır olduğunu bildirib.