Press "Enter" to skip to content

Naxçıvanda yeni bağlanmış əmək müqavilələrinin sayı artıb

Naxçıvan

Son yeniləmə: 14 İyun 2024 14:22

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar – may aylarında Naxçıvan Muxtar Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “2023-cü ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb. 2024-cü ilin yanvar – may aylarında qeydiyyata alınmış aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 2 min 607 olub”.

Məlumata görə, 2024-cü ilin 5 ayında aktiv vergi ödəyicilərində bağlanmış yeni əmək müqavilələrinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 526 olub.

Mission News Theme by Compete Themes.