BAYRAQDAR MEDİA – İranda keçirilən növbədənkənar prezident seçkisində iştirak edən 5-ci çağırış ölkə parlamentinin yeganə türk millət vəkili Məsud Pezeşkianın seçki fəallığını artırması gözlənilir.
Bu barədə xəbəri “Azad İran“ Telegram kanalı yayıb.
Kanal “Balatarin” saytına istinadla bildirib ki, “Məsud Pezeşkian türklərə verdiyi dəstəyə, Azərbaycan dilinin və yerli problemlərin müdafiəsində tutduğu mövqeyə görə türklər arasında xüsusi populyarlıq qazanıb”.
Məlumata görə, iranlılar ümidsizliyə və hakimiyyətə inamsızlığa görə seçkilərdə səs vermək istəmir. Xüsusən kütləvi etirazlar və repressiyalardan sonra çoxlarının seçki yolu ilə dəyişikliyə artıq inamı qalmayıb. Ancaq millət vəkilinin səlahiyyətinin təsdiqlənməsi azərbaycanlıları ümidləndirib və onları seçkilərdə səs verməyə sövq edib.
Siyasi təhlilçi Rza Talebinin sözlərinə görə, Məsud Pezeşkianın namizəd olması seçici fəallığının artırılması üçün Seyid Əli Xameneyinin tələbi ilə həyata keçirilir. O, Məsud Pezeşkianın etnik azlıqların səsini seçkilərə cəlb etmək üçün uyğun namizəd olduğunu qeyd edib.