Press "Enter" to skip to content

Ermənistan Naxçıvanı yenidən atəşə tutdu

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – İyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvanın Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Bildirilib ki, “Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”.

Mission News Theme by Compete Themes.