Press "Enter" to skip to content

Bu sənəd tarixi əhəmiyyət kəsb edir

Huluci Kılıç

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin tapusudur

BAYRAQDAR MEDİA – “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin tapusudur. Yəni, bu əlaqələrin hüquqi cəhətdən təsdiqidir. Ona görə də öncə onu xüsusi olaraq qeyd edim ki, iki qardaş ölkənin hər bir vətəndaşının bu Bəyannamənin müddəalarını bilməsi çox mühümdür”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O, qeyd edib ki, 15 iyun 2021-ci ildə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Şuşa Bəyannaməsi tarixinin ən yüksək zirvəsinə çatan Türkiyə-Azərbaycan əlaqələrinin yeni dönəmi üçün bir yol xəritəsidir: “Bu tarixi sənəd həm Türkiyə-Azərbaycan əlaqələrinin, həm də ümumilikdə bölgənin gələcək inkişafı üçün bir proqram xarakteri daşıyır. Şuşa Bəyannaməsi bır sıra razılaşmaların yer aldığı Konstitusiya sənədi kimidir. Çünki bu Bəyannamə 13 oktyabr 1921-ci ilin Kars müqaviləsinə, 9 fevral 1994-cü ilin Dostluq və Əməkdaşlıq Müqaviləsinə, həmçinin mənim Azərbaycanda səfir olduğum dönəmdə, 16 avqust 2010-cu ildə imzalanan Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad etməkdədir. Bəyannamə siyasi, iqtisadi, hərbi, sosial, mədəni sahədə əməkdaşlığı, iki ölkənin beynəlxalq təşkilatlarda birgə addım atmasını, həmçinin türk dünyası ilə bağlı vacib məqamları nəzərdə tutur”.

H.Kılıç deyib ki, Şuşa Bəyannaməsinin tarixi bir sənəd olmasını şərtləndirən bir çox amillər var: “Çünki bu sənəd tarixi Şuşa şəhərində imzalanıb. Türkiyə Cümhurbaşqanı ilk dəfə Qarabağ torpaqlarına, Şuşaya gəlib belə bir sənədə imza atıb. Azərbaycanın Milli Qurtuluş Günündə imzalanan bu Bəyannamə dərslik kimi məktəblərdə də təbliğ edilməli, öyrənilməlidir. Çünki hər kəsin, xüsusillə də gələcəyimizin idarəçiləri olan bu günün uşaq və gənclərinin Şuşa Bəyannaməsinin önəmini bilməsi, bu sənədin hansı tarixi əhəmiyyətə malik olduğunu öyrənməsi lazımdır. Bu sənədin bir tarix dərsliyi kimi öyrənilməsi həm də ona görə vacibdir ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü və Ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamı ilk dəfə rəsmi bir sənəddə, yəni Şuşa Bəyannaməsində öz əksini tapmışdır”.

H.Kılıç əlavıə edib ki, bu tarixi sənəd bölgənin gələcək inkişafı üçün də əhəmiyyətlidir: “Məsələ burasındadır ki, Şuşa Bəyannaməsi bölgə üçün sülh, əminamanlıq və inkişafı hədəfləyən bir əməkdaşlığa xidmət edir. Bu sənəddə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi dəstək qeyd olunmaqdadır. Eyni zamanda Bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini iqtisadi, sosial, siyasi, ümumilikdə bütün sahələrdə əks etdirməkdədir. Təbii ki, hər iki məqamda da atılacaq addımlar bölgənin, Qafqaz regionunun da təhlükəsizliyinə və inkişafına xidmət edəcək. Burada reallaşacaq hər bir layihə regionun bütün ölkələrinə, o cümlədən, əgər ağıllı addım atmaqda özündə güc taparsa, Ermənistana da dividentlər vəd edir. Sənəddə həmçinin Zəngəzur dəhlizi və türk dövlətləri arasında əməkdaşlıqla bağlı məqamlar da öz əksini tapıb ki, bu da Şuşa Bəyannaməsinin genişspektrli tarixi anlaşma olduğunu bir daha təsdiqləyir”.

Mission News Theme by Compete Themes.