Son yeniləmə: 13 İyun 2024 10:32
BAYRAQDAR MEDİA – Türk dövlətlərinin müftilikləri Qurban bayramının başlanğıc gününü ortaq bir şəkildə qərarlaşdırıb.
Bununla bağlı xəbəri Türk Dövlətləri Təşkilatı yayıb.
Bildirilir ki, TDT Müsəlman Dini Qurum Başqanları Şurası nəzdində təşkil edilən Fitva Koordinasiya Qrupu Qurban bayramının 16 iyun 2024-cü il bazar günü başlaması ilə bağlı ortaq qərara gəlib.
Beləliklə, türk dövlətlərində Qurban bayramı pərakəndə şəkildə deyil, eyni gündə qeyd edilmiş olacaq.